ABŞ şərtləri ilə yeni nüvə sazişi İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olardı. Bu mövqe X-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff tərəfindən açıqlanıb.
“İranla ancaq ABŞ prezidenti Donald Trampın razılaşması olduğu təqdirdə razılaşma olacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifahın əsasını qoymalıdır – bu, İranın nüvə zənginləşdirmə və silah proqramını dayandırması və ləğv etməsi deməkdir”, – o deyib.
“Bütün dünya üçün sərt, ədalətli və davamlı bir razılaşmanın olması həyati əhəmiyyət kəsb edir və prezident Tramp məndən bunu tələb edib”, – xüsusi nümayəndə əlavə edib. (Tass)