İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayevi Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə idarənin press-relizində bildirilib.
Diplomat “Sumı və Krivoy Roq şəhərlərinə hücumlarla əlaqədar” çağırılıb.
Aprelin 13-də Rusiya Silahlı Qüvvələri Sumıda Ukrayna Silahlı Qüvvələrinin “Seversk” operativ-taktiki qrupunun komanda heyətinin iclasının keçirildiyi yerə iki “İsgəndər-M” raketini buraxıb. Nəticədə 60-dan çox ukraynalı hərbçi həlak olub. Müdafiə Nazirliyi qeyd edib ki, Kiyev əhalidən canlı qalxan kimi istifadə etməkdə, şəhərin mərkəzində hərbi obyektlər yerləşdirməkdə və hərbçilərlə tədbirlər keçirməkdə davam edir. Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Krivoy Roqda Ukrayna Silahlı Qüvvələri komandirləri və Qərb təlimatçılarının görüşünün keçirildiyi yerə də zərbələr endirib. (Tass)