ABŞ-ın keçmiş prezidenti Barak Obama (2009-2017-ci illərdə vəzifədə idi) Donald Tramp administrasiyası ilə qarşıdurmada Harvard Universitetini dəstəkləyib və digər ali təhsil müəssisələrini onun alma materindən nümunə götürməyə çağırıb.
“Harvard akademik azadlığı boğmaq üçün qeyri-qanuni və qrotesk cəhdi rədd etməklə və bütün Harvard tələbələrinin intellektual araşdırma, ciddi müzakirə və qarşılıqlı hörmət mühitindən həzz almasını təmin etmək üçün konkret addımlar atmaqla digər ali təhsil müəssisələri üçün nümunə oldu” deyə X-də yazıb.
Harvard Hüquq Məktəbinin məzunu olan ABŞ-ın keçmiş prezidenti əlavə edib: “Ümid edək ki, digər ali təhsil müəssisələri də buna əməl edəcəklər”.
Bazar ertəsi ABŞ Təhsil Departamenti Harvard Universitetinə ayrılan 2,2 milyard dollar qrantın dondurulduğunu elan edib. Harvardın prezidenti Alan Qarber daha əvvəl demişdi ki, hökumətin tələbi ilə məktəb yəhudi tələbələri antisemitizmdən qorumaq üçün öz siyasətini dəyişməyəcək. (Tass)