Fransa Əlcəzairin 12 fransız diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Əlcəzairdəki səfiri Stefan Romaneti məsləhətləşmələr üçün geri çağırıb və 12 Əlcəzair səfirliyinin rəsmisini Parisdən qovub.
“Fransa Əlcəzair hakimiyyətinin ölkənin Əlcəzairdəki səfirliyində çalışan 12 diplomatı ölkədən çıxarmaq qərarını qəzəblə qeyd edir”, – Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Respublika prezidenti [Emmanuel Makron] Fransanın Əlcəzairdəki səfiri cənab Stefan Romateni məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”.
Fransa Xarici İşlər Nazirliyi “Əlcəzair hakimiyyətinin ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsinə görə məsuliyyət daşıdığını” vurğulayıb. “Bununla əlaqədar Fransa qarşılıqlı tədbirlər görəcək və Əlcəzairin Fransada yerləşən diplomatik və konsulluq xidmətinin 12 əməkdaşını ölkədən çıxaracaq”, – kommünikedə deyilir. (Tass)