Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 882 min 600 manat olub.
Bu barədə “Report”un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 9,6 % çoxdur.
Həmçinin, bu ilin birinci rübündə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur. Ticarət şəbəkəsində 172 milyon 592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq qeyri-qida məhsulları satılıb.