Avqust 12, 2025-17:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Özbəkistan və Azərbaycan aqrar sahədə yeni investisiya layihələrini müzakirə edirlər

2025:04:16 - 17:20
in İQTİSADİYYAT
A A

Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Bakıda qida sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

Bu barədə “Report” Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir.

“Hazırda Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycanda rəsmi səfərdədirlər. Səfər zamanı iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri, xüsusilə qida sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunur”, – məlumatda bildirilib.

Qurumun məlumatına görə, Azərbaycan şirkətlərindən biri ilə Özbəkistanda süd məhsullarının istehsalı üzrə birgə layihənin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu layihə çərçivəsində Azərbaycan tərəfi Özbəkistan bazarını araşdırır və biznes modeli hazırlayır.

Bundan əlavə, səfər çərçivəsində “R Group Holding” vençur investisiya şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

“Görüşdə Özbəkistan şirkəti “Milmaxtrade”ə məxsus olan və əvvəllər cem, qurudulmuş meyvə istehsalı üzrə ixtisaslaşan zavodun fəaliyyətinin bərpası ilə bağlı layihə təqdim edilib. Danışıqların yekunları üzrə, “Milmaxtrade”in rəhbəri ilə görüş keçirilməsi və layihə sənədlərinin Azərbaycan tərəfinə təqdim edilməsi barədə razılıq əldə olunub”, – məlumatda qeyd edilib.

Əvvəlki Yazı

Azərbaycan və Özbəkistan arasında sağlam informasiya mühitinin formalaşdırılması müzakirə edilib

Növbəti Yazı

MM-in sədr müavini Z.Əsgərov TBMM Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.