ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals və onun macar həmkarı Marçello Biro Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər. Müvafiq mesajı Amerika liderinin müşaviri X-də yerləşdirib.
“Bu yaxınlarda Ağ Evdə Biro ilə görüşdüm. Biz ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq səylərini, Macarıstanın Avropadakı liderliyini və bizim birgə rifahımızı müzakirə etdik!” – yazıb.
Daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Macarıstan Tramp administrasiyasının sülh səylərini dəstəkləyir və onların uğurlu olmasını gözləyir. (Tass)