Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Fatimə ona dəstək olan valideynlərinə və müəllimlərinə minnətdardır: “Əziyyət çəkən hər kəs öz zəhmətinin bəhrəsini görür. Əslində yüksək nəticə göstərəcəyimə əmin idim. Hədəflərim böyükdür və onlara çatmaq üçün çalışıram. Gün ərzində planlı şəkildə 6-8 saat çalışıram”.
Fatimə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinə hazırlaşır. O, atasının yolunu davam etdirib iqtisadçı olmaq istəyir. Bakalavriat təhsilini Bakıda, magistratura təhsilini isə xaricdə almaq istəyir. Ona bu yolda uğurlar arzulayırıq.