İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ali dini lideri Əli Xamneyinin mesajını Rusiya prezidenti Vladimir Putinə çatdırıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin Teleqram kanalında qeyd edildiyi kimi, Rusiya lideri ilə görüşdə Əraqçi Tehranın Rusiya Federasiyası ilə bütün səviyyələrdə ikitərəfli əlaqələri gücləndirmək və genişləndirmək əzmində olduğunu vurğulayıb. (Tass)