Avqust 21, 2025-9:12
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Uşaq İncəsənət Festivalında birinci seçim turuna start verilir

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turuna start verilir.

Teleqraf-ın xəbərinə görə, 21 aprel tarixindən etibarən respublika üzrə bütün bölgələrdə seçim mərhələləri başlayacaq. Qeydiyyatdan keçmiş iştirakçılar festivalın münsiflər heyəti qarşısında istedadlarını nümayiş etdirəcəklər.

Seçim turları müxtəlif regionlarda yerləşən məntəqələrdə mərhələli şəkildə təşkil olunacaq.

Uşaq İncəsənət Festival yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır.

“UİF – 2025” mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival eyni zamanda incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.

Seçim turlarının keçiriləcəyi dəqiq tarix və məkanlar barədə məlumatları www.uif.az portalında qeydiyyat kodunuzu və ya şəxsiyyət vəsiqəsinin fin nömrəsini yazaraq öyrənə bilərsiniz.

Əlavə məlumat üçün veb-sayt: www.uif.az

Əlaqə: 050 288 01 47 | 147 (qısa nömrə)

“UİF – 2025” – İstedadını parlat, səhnəyə addımla!