Avqust 21, 2025-19:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar

2025:04:18 - 12:18
in SOSİAL
A A

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının (MEA) Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunda “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bağlı müzakirə keçirilib. “Çingiz Aytmatov və Azərbaycan” cildi Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları tərəfindən birlikdə hazırlanmaqdadır.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Müzakirədə Azərbaycan tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli, Qırğızıstan tərəfindən Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev, layihənin koordinatoru dosent Nurzina İsayeva və institut əməkdaşları iştirak ediblər.

Görüşdə ensiklopediyanın həmin cildinin sözlüyü müzakirə edilərək təsdiq edilib. Azərbaycan və Qırğızıstan tərəfindən məqalələrin müəllifləri müəyyənləşdirilib.

Akademik İsa Həbibbəyli bildirib ki, “Çingiz Aytmatov və Azərbaycan” cildi, ilk növbədə, Türk dünyasının böyük oğlu Çingiz Aytmatov irsinə olan münasibəti ifadə edir. Eyni zamanda, Azərbaycan və Qırğızıstan Milli Elmlər akademiyalarının, Ədəbiyyat institutlarının birgə fəaliyyətinin əyani göstəricisi kimi əhəmiyyətlidir.

Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev çıxışında “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasına Bakıda başlandığını deyib, Bişkekdə hər iki institutun birlikdə müzakirə etməsinin əhəmiyyətindən bəhs edib.

Ensiklopediyanın cildinin 2026-cı ildə Azərbaycan və qırğız dillərində çap edilməsinə qərar verilib.

Görüşdə, həmçinin layihənin Azərbaycan koordinatoru dosent Mehman Həsənli, Qırğızıstan tərəfindən koordinator dosent Nurzina İsayeva, eləcə də Aynura Kadırmammedova və Raziye Sırdbayeva çıxış ediblər.

Əvvəlki Yazı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Növbəti Yazı

Axios: Witkoff İran danışıqlarından əvvəl İsrail kəşfiyyatının rəhbəri ilə görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.