Prokurorluq binalarında ədalətli, düzgün qərarlar verilməlidir.
Teleqraf xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.
O bildirib ki, əsas məsələ vətəndaş məmnunluğudur:
“İctimai və dövlət maraqları harda varsa, prokurorluq orda olmalıdır. Hər zaman həmkarlarla da söhbət edəndə onlara bildirirəm ki, bizim sahəyə aid olmayan istiqamət yoxdur. Hər zaman dövlət maraqlarını qorumalıyıq. İşlərimiz sağlam münasibət əsasında qurulmalıdır. Vətəndaşları məmnun etməliyik”.