May 1, 2025-23:56
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Sahibə Qafarova Mövlud Çavuşoğluya başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin üzvü, TBMM-in NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya, atası Osman Çavuşoğlunun vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, Məktubda Milli Məclisin sədri bu ağır itki ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin adından və şəxsən öz adından başsağlığı verib, Mövlud Çavuşoğluya, mərhumun ailəsinə və yaxınlarına səbir və dözüm diləyib.