Cümə axşamı axşam ABŞ-ın Əl Hodeyda əyalətindəki Ras İsa neft limanına endirdiyi zərbələr nəticəsində azı 74 nəfər həlak olub. Ənsar Allah hökumətinin səhiyyə nazirliyi bildirib ki, 170-dən çox adam yaralanıb.
“İlkin məlumatlara görə, ABŞ-ın Ras İsa limanına hücumu nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb, daha 171 nəfər yaralanıb. Təcili yardım və mülki müdafiə xilasetmə qrupları itkin düşənlərin və yaralıların axtarışını davam etdirir”, – idarənin açıqlamasında deyilir. (Tass)