ABŞ prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-ın Afrikadakı səfirliklərinin fəaliyyətinin azaldılması ilə bağlı sərəncam imzalaya bilər. Bu barədə New York Times (NYT) məlumat yayıb.
Onun sözlərinə görə, fərman Dövlət Departamentinin köklü şəkildə yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.
NYT xəbər verir ki, sərəncamda iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları ilə məşğul olan büronun ləğvi ilə bağlı məlumatlar da var.
Qeyd olunur ki, ən ciddi dəyişiklik Afrika ölkələrində siyasətə nəzarət edən departamentin ləğvi olacaq. Onu Ağ Evin Milli Təhlükəsizlik Şurasına hesabat verəcək ABŞ-ın Afrika məsələləri üzrə xüsusi elçisinin ofisi əvəz edəcək.
Bazar ertəsi “The Washington Post” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcə vəsaitlərini demək olar ki, yarıya qədər azaltmağı planlaşdırır. Beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmi daha da böyük ölçüdə – demək olar ki, 90 faiz azalacaq.