Bir neçə İsrail vətəndaşı Qəzza zolağına qanunsuz daxil olmağa cəhd edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, söhbət mülki şəxslərdən gedir. Onlar İsrail ərazisi ilə Fələstin anklavını ayıran təhlükəsizlik səddini keçiblər, lakin Qəzzaya girə bilməyiblər.
“İsrail Müdafiə Qüvvələrinin hərbçiləri hadisə yerinə göndərilib və vətəndaşları sağ-salamat geri qaytarıblar”, – mətbuat xidmətindən bildiriblər.
Ordunun bildirdiyinə görə, qanun pozucuları İsrail polisinə təhvil verilib və dindirilməyə göndərilib.