İyun 20, 2025-1:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir

2025:04:21 - 11:32
in SOSİAL
A A

“B2 First” Kembric kvalifikasiyası imtahanı üçün qeydiyyat elan edilir. İmtahan iyunun 21-də Dövlət İmtahan Mərkəzinin (DİM) Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyat iyunun 17-dək davam edəcək.

“B2 First” imtahanı namizədlərin daha yüksəksəviyyəli imtahanlara hazırlaşması üçün bir vasitədir və onların ingilisdilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. Bu imtahan 4 bölmədən ibarətdir:

-Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) – 1 saat 15 dəqiqə;

-Yazı (Writing) – 1 saat 20 dəqiqə;

-Dinləmə (Listening) – 40 dəqiqə;

-Danışıq (Speaking) – 16 dəqiqə.

İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formatda keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

Əvvəlki Yazı

BDU-da respublika elmi konfransı: “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti”

Növbəti Yazı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.