Bu ilin yanvar-mart aylarında Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 3,3 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 26,5 % çoxdur.
3 ayda kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 663 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.
Son nəticədə xarici ticarətdə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,1 dəfə azdır.