Ermənilərin böyük həvəslə istinad etdikləri “qədim” mətnlərin, əlyazmalarının orijinalları adətən tapılmır, yaxud dəfələrlə sonrakı illərdəki köçürmələr şəklində əksini tapır.
“Report” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan ərazilər haqqında etno-hay hiylə və fitnələri” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bunların kökündə erməni saxtakarlığı dayanır:
“Mifologiyaya əsaslanan “böyük torpaqlar” stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn “böyük erməni mədəniyyəti”, “sivilizasiyanın ilk erməni ocağı” mədəni oğurluqları erməniçilik təfəkküründə “təbilik”və “legitimlik” qazandırır. Mif stereotipləri müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərir”.