Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə – 68 nəfər köçürülüb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.