Avqust 25, 2025-1:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinə dair tədqiqatlar aparılır

2025:04:22 - 13:53
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyevin “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” mövzusunda elmi seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Seminarda məruzəçi qeyd edib ki, 2015-2024-cü illəri əhatə edən tədqiqatlar Abşeron, Şirvan, Qızılağac Milli parkları, Kür çayı deltasında aparılıb. Tədqiqatın nəticələrinə əsasən, Xəzərdə suyun səviyyəsinin enməsi quşların yem bazasına, populyasiya quruluşuna və məskunlaşma arealına ciddi təsir göstərib. Bəzi növlərin (məsələn, Microcarbo pygmaeus, Nycticorax nycticorax və s.) çoxalma davranışında əhəmiyyətli dəyişikliklər baş verib, onlar yeni ərazilərdə – tarlaqoruyucu meşə zolaqlarında koloniyalar şəklində yuvalamağa başlayıb. Bu dəyişikliklərin biomüxtəlifliyin idarə olunması və qorunması baxımından əhəmiyyəti vurğulanıb. Tədqiqatlarda 13 dəstəyə aid 126 növ quşun reproduksiya və qışlama dövrlərində trofik və biotopik əlaqələri GIS texnologiyası vasitəsilə xəritələndirilib və təhlil olunub. Eyni zamanda, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş 22 nadir quş növünün də müşahidə edildiyi bildirilib.

Əvvəlki Yazı

BANM və Boğaziçi Universitetinin rektorları arasında görüş olub

Növbəti Yazı

Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.