Avqust 13, 2025-16:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur

2025:04:22 - 15:40
in MƏDƏNİYYƏT
A A
Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qırğızıstan Milli İncəsənət Muzeyində “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi açılıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgi XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış görkəmli rəssam Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 14 fevral 2025-ci il tarixində rəssamın 200 illiyinin olunması haqqında Sərəncam imzalanıb.

Milli realist dəzgah rəngkarlığının təməlini qoymuş M.Q.İrəvaninin yaradıcılığı monumental divar rəngkarlığı, şüşə və lak boyakarlığı və qrafika kimi sahələri əhatə edir. Onun müəllifi olduğu portretlər, ornamental kompozisiyalar yüksək bədii xüsusiyyətləri ilə seçilir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin açılışında qonaqlara təqdim olunan eksponatlar haqqında ətraflı məlumat verib.

Bildirib ki, sərginin ana xəttini M.Q.İrəvaninin Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin təqdimatı təşkil edir. Tarixi köklərə və zəngin bədii ənənələrə malik Qacar üslubu XIX əsrdə əsas bədii istiqamətinə çevrilərək Azərbaycan incəsənətinin əksər sahələrini birləşdirirdi. Sərgidə təqdim olunan sənət nümunələri M.Q.İrəvaninin yaradıcılıq üslubu və ümumilikdə dövrün əsas sənət təmayülü, eləcə də yüksək bədii zövqə əsaslanan xalq sənətkarlığı haqqında dolğun təsəvvür formalaşdırır.

Tamaşaçılar “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” sərgisinə böyük maraq göstərirlər.

Əvvəlki Yazı

Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Növbəti Yazı

Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.