Qaqauziya Xalq Assambleyasının (parlament) sədri Dmitri Konstantinovun Moldovanı tərk etməsinə iki ay qadağa qoyulub. Muxtariyyətin “Qaqauziya24” xəbər portalının məlumatına görə, o, bu barədə respublikanın İnformasiya və Təhlükəsizlik Xidmətinə çağırıldıqdan sonra jurnalistlərə bildirib.
“Pasxa bayramı ərəfəsində axşam mənə zəng vurdular. Dedilər ki, ölkədən çıxmağıma qadağa qoyulub. Mən bu işi siyasi hesab edirəm. Baş prokurora yazıb ölkədən çıxmağıma icazə verilməməsi ilə bağlı video çəkilişi təhvil verdim”, – Konstantinov bildirib. O xatırladıb ki, əvvəllər Moldova sərhədçiləri ona Kişinyov hava limanından uçmağa iki dəfə qadağa qoyublar və Moldova Xarici İşlər Nazirliyi tərəfindən ona verilmiş diplomatik pasportunu da əlindən alıblar. Onun sözlərinə görə, daha sonra xüsusi xidmət orqanları ondan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun hakimiyyətdən uzaqlaşdırılmasına yardım etməyi tələb ediblər. (Tass)