Kiyevin Vaşinqtonla yeni hərbi yardım paketinin verilməsi məsələsini müzakirə etmək imkanı olmayıb və bu mövzuda heç bir razılaşması yoxdur. Bu barədə Vladimir Zelenski Kiyevdə keçirdiyi brifinqdə bildirib.
“İndi bizə gələn yardım bir il əvvəl Konqres tərəfindən dəstəklənən yardımdır. Bizim hələ ABŞ-la razılığa gəlmək və ya yeni yardımın təfərrüatlarını müzakirə etmək imkanımız olmayıb”, – deyə Zelenski bildirib.
Kiyevin “Patriot” hava hücumundan müdafiə sistemləri almaq istəyindən danışan Zelenski qeyd edib ki, bu, yeni yardım paketinin bir hissəsi ola bilər, həm də razılaşmalardan asılı olacaq. Eyni zamanda o, Kiyevin belə sistemləri alması ilə bağlı ABŞ-dan heç bir cavab gəlməməsindən şikayətlənib.
Brifinqin sonunda bir jurnalistin sualını cavablandıran Zelenski vurğuladı: “Biz həqiqətən Amerikanın yardımını dayandırmasını istəməzdik”. (Tass)