İyun 20, 2025-15:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2025:04:23 - 12:00
in GÜNDƏM, SOSİAL
A A

Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Universitetində görüş olub.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Azərbaycan Universitetinin tarixi və fəaliyyəti, fakültə və ixtisasları, beynəlxalq əlaqələri, elmi fəaliyyəti və yeni uğurları, o cümlədən beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat verilib. Termiz İqtisadiyyat və Xidmət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Şaturaev təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib.

Görüşdə tərəflər birgə konfransların və digər elmi tədbirlərin təşkili, müştərək tədqiqatların aparılması, tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Onları dil, din, tarix və milli kimlik bir-birinə bağlayır. Ölkə başçılarının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri hər sahədə güclənməyə davam edir. Elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması iki qardaş ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olacaq.

Görüş başa çatandan sonra qonaqlar universitetin tədris binası, auditoriyaları, mərkəz və laboratoriyaları ilə tanış olublar.

Əvvəlki Yazı

Böyük Britaniya Xarici İşlər Nazirliyi xarici işlər naziri səviyyəsində Ukrayna danışıqlarının ləğv edildiyini təsdiqləyib

Növbəti Yazı

YÖK sədri BANM-in tədris imkanları barədə məlumatlandırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.