Rusiya prezidenti Vladimir Putin Hərbi-Sənaye Komissiyasının üzvlərini silahların hazırlanması zamanı gələcək qlobal münaqişələrin necə olacağını proqnozlaşdırmağa çağırıb.
“Əlbəttə, biz mümkün qədər hərbi texnologiyaların inkişafında qlobal tendensiyaları nəzərə almalıyıq. Yəni, biz gələcəyin potensial silahlı münaqişələrinin nə ola biləcəyini proqnozlaşdırıb başa düşməliyik. Və gələcək sürətlə yaxınlaşır. Hərəkət getdikcə daha sürətlə olur”, – o, komissiyanın iclasında deyib.
Prezident görüş iştirakçılarını Rusiya elmi mərkəzlərinin və konstruktor bürolarının perspektiv işlərinə kifayət qədər diqqət yetirməyə çağırıb. (Tass)