Rusiya-Mərkəzi Asiya sammiti payızda baş tutacaq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz MDB, ŞƏT çərçivəsində və “Mərkəzi Asiya beşliyi plus Rusiya” mexanizmi çərçivəsində əməkdaşlığın gücləndirilməsi planlarını müzakirə etdik, o cümlədən bu formatda xarici işlər nazirlərinin bu yaxınlarda aprelin 11-də Almatıda keçirilmiş növbəti görüşü nəzərə alınmaqla”, – nazir bildirib. “Xarici işlər nazirlərinin görüşünün əsas vəzifələrindən biri payıza planlaşdırılan “Rusiya plus Mərkəzi Asiya” sammitinə hazırlıq olub”. (Tass)