Daxili işlər naziri Əli Yerlikaya İstanbulda baş verən 6,2 bal gücündə zəlzələnin 13 saniyə davam etdiyini və ümumilikdə 51 artçı təkanın yaşandığını açıqlayıb.
Daxili İşlər Naziri Ali Yerlikaya İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı bunları paylaşıb.
“Bu gün saat 12.49-da Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Təxminən 7 km dərinlikdə olan zəlzələ ümumilikdə 13 saniyə davam edib. O cümlədən ətraf əyalətlərdə də hiss olunub. Saat 16:12-yə olan məlumata görə, ən böyüyü 5,9 bal gücündə olan 51 afterşok qeydə alınıb. (TRT Haber)