ABŞ administrasiyası Çinlə potensial silahlı münaqişənin qarşısını almaq istəyir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio “The Free Press” ə müsahibəsində bildirib.
“Biz ABŞ-a qarşı müharibədə heç vaxt qalib gələ bilməyəcəklərini başa düşmək üçün kifayət qədər güclü olmaqla Çinlə müharibənin qarşısını almaq istəyirik. Çinlə müharibə dəhşətli bir şey olardı”, – o deyib.