İyun 18, 2025-0:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılır

2025:04:24 - 13:24
in İQTİSADİYYAT
A A

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə pambıq sahələrinin sığortalanması prosesinə start verilib. Fermerlər dövlətin 50 faizlik sığorta haqqı dəstəyindən istifadə etməklə pambıq sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, pambıq Azərbaycanın 20-yə yaxın rayonunda becərilən əsas texniki bitkilərdən sayılır. Hazırda Azərbaycanda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq sahələrinin böyük hissəsi Mil Muğan, Salyan-Şirvan və Mərkəzi Aran iqtisadi zonalarının payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Bərdə və digər rayonlardır.

Pambıq əkinlərinə ən çox zərər vuran hallar dolu, sel-subasma və leysan hadisələridir. Dövlət dəstəkli aqrar sığorta mexanizmi bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş yüzlərlə fermerə aqrar sığorta mexanizmi vasitəsilə ödənişlər edilib.

Mövcud aqrar sığorta mexanizmi qeyd olunan təbiət hadisələri ilə yanaşı, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair hallar nəticəsində dəyən zərərləri də qarşılayır.

Pambıq sahəsini sığorta etdirmək fermerə cüzi məbləğə başa gəlir. Ölkənin əksər rayonlarında 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat ətrafında dəyişir.

Ölkəmizdə sığortalanmış pambıq sahələrinin sahəsi ildən-ilə genişlənməkdədir.

Əvvəlki Yazı

Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb

Növbəti Yazı

Tağı Tağızadə: “Bu gün çeviklik və sürətlə uyğunlaşma qabiliyyəti neft bazarı üçün əsas amilə çevrilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.