Avqust 18, 2025-18:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyevin Çinə səfəri iki dövlətin əməkdaşlığının inkişafına təkan verən böyük bir hadisədir – RƏY

2025:04:24 - 17:38
in SİYASƏT
A A

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, Azərbaycan ilə Çin arasında çoxşaxəli əməkdaşlığın inkişafına təkan verən böyük bir hadisədir.

Bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, sözügedən səfər təkcə ikitərəfli münasibətləri deyil, regional və beynəlxalq əlaqələr sistemindəki mövqeləri yerbəyer etmək baxımından önəmlidir:

“Azərbaycanla Çin arasında imzalanan razılaşmalar və əldə olunan razılıqlar, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və regional inkişafın dəstəklənməsinə xidmət edəcək”.

Onun fikrincə, Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxması bir neçə məsələni aydınlaşdırır:

“Birincisi, Bakı xarici siyasətdə yanaşmalarını tərtib edərkən Çin konsepsiyalarının konturlarını nəzərə alır. İkincisi, Azərbaycan Çinlə əlaqələrini özünün hərtərəfli güc olmaq prioritetlərində tamamlayıcı vasitə kimi nəzərdən keçirir. Üçüncüsü, Çin strateji yanaşmalarında Cənubi Qafqazı Azərbaycanın maraqlarına uyğun şəkildə dizayn olunmasının tərəfdarı kimi çıxış edir”.

Aqşin Kərimov

Aqşin Kərimov

Şərhçi qeyd edib ki, Azərbaycan Çinlə münasibətləri fonunda son nəticədə Zəngəzur dəhlizinin açılmasına nail olan xətti inkişaf etdirəcək:

“Bu, Azərbaycanla Çinin münasibətlərində daha effektiv münasibətlərin, o cümlədən təhlükəsizlik münasibətlərinin formalaşmasına təkan verəcək”.

A.Kərimov iki dövlət arasındakı münasibətlərin gələcək dünya nizamının təsvir edilməsində ortaq yanaşmaların ortaya qoyduğunu vurğulayıb:

“Azərbaycan-Çin münasibətlərindəki strateji tərəfdaşlıq spesifikdir və onun aspektləri gələcək dünya nizamının təsvir edilməsində iki dövlətin ortaq yanaşmalarını ortaya qoyur. Bu, Azərbaycanın geosiyasi çağırışlara cavab olaraq strategiyasının hazırlanmasındakı planları təqdim edir”.

Qeyd edək ki, aprelin 22-də Prezident İlham Əliyev Çinə səfər edib. Səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi baş tutub. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb.

Əvvəlki Yazı

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə məhkəmə prosesi başlayır

Növbəti Yazı

Ziyafət Əsgərov: Onların qarşısına elə sübutlar qoyulacaq ki, məsələləri yubatdıqlarına görə peşman olacaqlar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.