İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffa Tehranın nüvə proqramı üzrə müvəqqəti razılaşmanın əldə olunmasını müzakirə etməyi təklif edib.
Bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Əraqçı qeyd edib ki, tərəflər ABŞ prezidenti Donald Trampın təklif etdiyi vaxt çərçivəsində nüvə proqramı ilə bağlı yekun razılığa gələ bilməyəcəklər. (Tass)