İyun 16, 2025-23:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələr yaradıla bilər

2025:04:25 - 11:26
in İQTİSADİYYAT
A A

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdindəki Arbitraj Mərkəzinin mübahisələri həll etməsi ilə bağlı sənədlər hazırdır və Ədliyyə Nazirliyinə təqdim ediləcək.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

“Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr artıb. Prezidentin 2019-cu ildə imzaladığı fərmanla yaradılmış inzibati məhkəmələrin iş yükü də artıb. Bilirik ki, iş yükü keyfiyyətə də təsir edir. Bununla bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 %-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Bu yükün azaldılması üçün ola bilər ki, yeni, ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Bununla bağlı sahibkarların fikri çox vacibdir”, – deyə o qeyd edib.

Əvvəlki Yazı

Azərbaycan və Çin məhkəmələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, birgə bəyanat imzalanıb

Növbəti Yazı

Fərid Şəfiyev: Kanadanın müstəqilliyini müdafiə edə bilən bir liderliyə ehtiyac var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.