Livan prezidenti Cozef Aun Beyrutun cənubundakı Hadas qəsəbəsinə edilən hava hücumunu pisləyərək ABŞ və Fransadan İsrailin atəşkəsi pozmasına son qoymasını tələb edib.
“Təcavüzkar hərəkətlərini davam etdirən İsrail düşməninin inadkarlığı 2024-cü il noyabrın 27-də qüvvəyə minmiş atəşkəs razılaşmasının təminatçısı olan ABŞ və Fransadan qətiyyətli addım atmağı tələb edir. “Vaşinqton və Paris İsraili hücumlarını dərhal dayandırmağa məcbur etməlidir”. (Tass)