Hindistan Pakistanla 1960-cı ildə imzalanmış Hind Suları Sazişini dayandırdıqdan sonra iki su anbarının tikintisi üzrə işləri sürətləndirib. Bu barədə NDTV- yə su ehtiyatlarının idarə edilməsi üzrə ekspert Aka Bajac məlumat verib.
Onun sözlərinə görə, iki il əvvəl hakimiyyət Pakistanla sazişə yenidən baxılması üçün çərçivə hazırlayıb. “Hökumət Hind çayı sistemində iki yeni su anbarı layihəsi – Pakuldul layihəsi və Bursar layihəsi üzərində işi sürətləndirdi” deyib Bajaj.
Pakuldul layihəsi üzrə tikinti işləri sürətlə davam edir, Bursar layihəsi isə son planlaşdırma mərhələsindədir. “Hər iki su anbarı layihəsi hazır olduqda, Hindistan ehtiyaclarını ödəmək üçün Hind çayı sistemi ilə əlaqəli çaylardan daha çox su saxlaya bilməyəcək, həm də onu Racastan, Pəncab və Haryana kimi əyalətlərə yönləndirə biləcək” deyib. (Tass)