İsrail Müdafiə Qüvvələri (IDF) bir ay ərzində Livanda 50 radikal hərbi obyektə zərbə endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İD bir ay ərzində Livan boyu 50 terrorçu hədəfə zərbə endirib. Bu zərbələr İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulmasından sonra baş verib və bu, İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradır”, – deyə məlumatda bildirilir.
İDF “İsrail dövlətinə və onun vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq və Hizbullah terror təşkilatının yenidən qurulmasının qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, mətbuat xidməti qeyd edib.