Hindistan öz hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi düşünür. Bu barədə Economic Times qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu halda Pakistan Cənub-Şərqi Asiyada istiqamətlərə çatmaq üçün Çin və ya Şri-Lankadan keçən təyyarələrin marşrutunu dəyişməli olacaq. Dövlətə məxsus Pakistan Beynəlxalq Hava Yolları (PIA) Sinqapur və Taylandla yanaşı, Kuala Lumpur və Malayziyanın digər şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir. (Tass)