İyun 18, 2025-17:45
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Möylə Mirzəliyev torpağa tapşırıldı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev “Dədə Qorqud” qəbiristanlığında dəfn edilib.

Teleqraf xəbər verir ki, Möylə Mirzəliyev aprelin 28-də vəfat edib.

Mirzəliyev Möylə Vəli oğlu 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub.

1980-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsinə qəbul olunub.

1985-ci M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına təyinat alıb. 1992-ci ilə kimi orda xor artisti vəzifəsində işləyib.

1992-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru idi.

S.Ələsgərov, Ş.Qurbanov “Özümüz bilərik”də Səftər, S.Rüstəmov, M.S.Ordubadi “5 manatlıq gəlin”də Nadir, V.Adıgözəlov, Anar “Aldın payını, çağır dayını”da Məlik, E.Sabitoğlu, T.Vəliyeva “Bankir adaxlı”da Zaur, S.Fərəcov, Ə.Nesin “Şəhərdə manyak var”da Dursunsoy və başqa rollarda çıxış edib.