May 15, 2025-8:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Babək və Şahbuz rayonlarının tarixindən bəhs edən kitablar çap olunub

2025:04:29 - 17:34
in SOSİAL
A A

Naxçıvan Muxtar Respublikasının Babək və Şahbuz rayonlarının tarixindən bəhs edən kitablar çap olunub.

AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Babək rayonunun tarixi” kitabı AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin müəllifliyi ilə nəşr edilib. Əsərdə Babək rayonunun təşəkkülü, inkişafı, coğrafi mövqeyi, sosial-iqtisadi vəziyyəti, mədəni yüksəliş istiqamətləri, tarix-mədəniyyət və arxeoloji abidələri ilə bağlı aparılan tədqiqatlar sistemləşdirilib, toplanmış yeni arxiv materialları, statistik məlumatlar, arxeoloji qazıntıların nəticələri və elmi mənbələr əsasında rayonun tarixi akademik yanaşma əsasında ümumiləşdirilib.

“Şahbuz rayonunun tarixi” adlı yeni kitab isə tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın həmmüəllifliyi ilə çap olunub. Kitabda Naxçıvan Muxtar Respublikasının mühüm inzibati ərazi vahidlərindən olan Şahbuz rayonunun tarixi qədim dövrlərdən müasir dövrə qədər elmi əsaslarla araşdırılıb. Burada rayonun yaranması və inkişaf tarixi, adının etimologiyası, coğrafi mövqeyi, əhalisi, sosial-iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatı, tikinti-quruculuq işləri, səhiyyə, təhsil, mədəniyyət, ədəbi mühit və turizm sahələrindəki nailiyyətlərə dair geniş məlumatlar yer alıb.

Əvvəlki Yazı

Ayxan Hacızadə: Maykl O’Flahertinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir

Növbəti Yazı

Qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə açıqlanacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.