İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri yaxınlığındakı əl-Məvasi bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 5 fələstinli ölüb, 10-u yaralanıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, məcburi köçkünlərin yerləşdiyi çadırlar atəşə tutulub. Ölənlər arasında iki uşağın da olduğu iddia edilir.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.