Avropa İttifaqı Birləşmiş Ştatların Avropanın təhlükəsizliyini təmin etməyi dayandırmasını və hərbi diqqətini dünyanın digər regionlarına yönəltməsini gözləyir. Bu fikirləri Aİ-nin aparıcı siyasi qüvvəsi olan Avropa Xalq Partiyasının Valensiyada keçirilən konqresində çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Biz bilirik ki, təhlükəsizlik sahəsində Amerikanın diqqəti digər regionlara yönələcək. Ona görə də Avropada sülh Avropa liderlərindən daha çox məsuliyyəti öz əllərinə almalarını tələb edir”, – deyə o, Aİ-yə “Rusiyadan gələn hərbi təhlükənin” zamanla sovuşmayacağını iddia edib.