Gürcüstan parlamenti plenar iclasda keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə 2003-2012-ci illərdə məmurlar tərəfindən törədilmiş cinayətləri araşdıran xüsusi parlament komissiyasının mandatının daha bir ay uzadılması barədə qərar qəbul edib. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Komissiyanın sədri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin qeyd etdiyi kimi, səlahiyyət müddətinin uzadılmasına səbəb parlamentin 2025-ci il aprelin 1-də Saakaşvilinin Gürcüstan siyasətindən getməsindən sonrakı dövrü öyrənmək imkanı verən qərar qəbul etməsi və komissiyanın mandatını genişləndirməsidir.
İstintaq komissiyasının iş müddəti mayın 5-də başa çatıb. Belə ki, parlamentin qərarına əsasən, komissiya iyun ayına kimi fəaliyyət göstərəcək. Tsulukiani artıq görülən işlər barədə də məlumat verib. Onun sözlərinə görə, bu ilin fevralından aprelin 28-i daxil olmaqla, istintaq komissiyası 17 iclas keçirib və Saakaşvilinin hakimiyyəti dövründə zərər çəkmiş 37 nəfər də daxil olmaqla 55 nəfəri dindirib. (Tass)