May 18, 2025-14:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb

2025:04:30 - 15:10
in SOSİAL
A A

Azərbaycanın tanınmış rəssam-boyakarı, silsilə tabloların müəllifi, Türkiyənin Afyon Kocatepe Universitetinin Gözəl sənətlər fakültəsinin professoru Məmməd Şirzad Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə bir sıra əsərlərini AMEA-ya bağışlayıb. Professor Məmməd Şirzad bununla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

“Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı quruculuq işləri elm sahəsi ilə yanaşı, təsviri sənət sahəsində də böyük uğurların əldə olunmasına zəmin yaratmışdır. Azərbaycanda gedən bu əhəmiyyətli quruculuq prosesləri, eyni zamanda, elm və mədəniyyət sahələrinin inkişafına dövlətin yüksək diqqət və qayğısı müşayiət olunur. Hazırkı şəraitdə sizin rəhbərliyinizlə AMEA-da həyata keçirilən islahatlar, elmin, mədəniyyətin tədqiqi və təbliğinə göstərdiyiniz diqqət və həssaslığı görmək və dəyərləndirmək hər bir azərbaycanlı ziyalının mənəvi borcudur”, – deyə müraciətdə qeyd olunub.

Azərbaycan incəsənətini, mədəniyyətini dünyada layiqincə təmsil edən professor Məmməd Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında irihəcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərləri kimi rəsmlər vardır.

Bu münasibətlə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Məmməd Şirzadla görüşüb, rəssama müəllifi olduğu əsərlərini Akademiyaya bağışlamasına görə minnətdarlığını bildirib.

Rəssam Məmməd Şirzad da öz növbəsində Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olduğunu bildirib, onlar üçün AMEA-da sərgilərin təşkil edilməsini yüksək qiymətləndirib.

Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə professor Məmməd Şirzad AMEA-nın “Təşəkkürnamə”si ilə təltif edilib.

 

Əvvəlki Yazı

Pekin 2021-ci ildə Avropa Parlamentinə qarşı tətbiq etdiyi sanksiyaları qismən ləğv edir

Növbəti Yazı

Scholz Nazirlər Kabinetinin yekun iclasını keçirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.