May 15, 2025-21:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU ilə Pakistan universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

2025:04:30 - 15:40
in SOSİAL
A A

Pakistan İslam Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Qonaqlarla görüşdə rektor Yaqub Piriyev əsasən mühəndislik ixtisasları üzrə kadrlar hazırlayan BMU-nun maddi-texniki bazası, o cümlədən tədqiqat potensialını diqqətə çatdırıb. Azərbaycan ilə Pakistanın dostluq, qardaşlıq münasibətləri, eləcə də müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıqlarını vurğulayan rektor iki ölkənin ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanlara toxunub. BMU-da 31 nəfər Pakistan vətəndaşının təhsil aldığını bildirən Yaqub Piriyev, eyni zamanda, universitetin beynəlxalq əlaqələri, xüsusən Pakistan universitetləri ilə həyata keçirilən əməkdaşlıq, gerçəkləşdirilən qarşılıqlı səfərlər, təcrübə mübadiləsi və s. məsələlərdən geniş bəhs edib.

Sonra NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Muhammad Tufail təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, bir əsrdən artıq yaşı olan universitet mühəndisliklə yanaşı, tətbiqi sahələr, ümumilikdə 100-dən artıq ixtisas üzrə kadr hazırlığını həyata keçirir. Universitetdə 37 bakalavr və magistratura proqramının icra olunduğunu, 30 laboratoriyanın fəaliyyət göstərdiyini söyləyən rektor tədqiqat sahəsində qazanılan bir sıra nailiyyətləri önə çəkib. Habelə Avropa ali məktəbləri ilə əlaqələr qurmuş qocaman təhsil ocağının BMU ilə də əməkdaşlığa maraqlı olduğunu deyib, o cümlədən konkret sahələr üzrə birgə tədqiqatlar aparmaq təklifini irəli sürüb.

Universitetin Kompüter və informasiya sistemləri mühəndisliyi kafedrasının müdiri, Böyük Məlumatlar və Bulud Hesablama üzrə Milli Mərkəzin direktoru professor Məhəmməd Əli İsmayıl da çıxışında ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsini bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətli adlandırıb.

İki universitet arasında əməkdaşlığın mümkün istiqamətlərinə dair səmərəli müzakirələrlə davam edən görüşün sonunda qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olublar.

Əvvəlki Yazı

Ceyhun Bayramov Küveytdə Əl-Salam Saray Muzeyini ziyarət edib

Növbəti Yazı

Ukraynada Azərbaycan diasporunun üzvü oğurlanıb 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.