May 17, 2025-13:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib

2025:05:01 - 13:11
in SOSİAL
A A

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevadır.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

İnstitutun Şərq-Qərb şöbəsində hazırlanmış məqalələr toplusunda əməkdaşların müvafiq mövzuda məqalələri yer alıb. Məqalələr toplusunda müasir dünyanın inkişafında qloballaşma prosesinin rolu, ümumbəşəri dəyərlər prizmasından Şərq-Qərb əməkdaşlığı və mədəniyyətlərarası dialoq zərurəti, dinlərarası dialoqun mahiyyəti və nəzəri əsasları tədqiq edilir. Azərbaycan və Qərb mədəniyyətlərinin qarşılıqlı münasibətləri, sivilizasiyaların inteqrasiyası və müasir çağırışlar mövzularında araşdırmalar təqdim olunur. Həmçinin Avropa İttifaqı ölkələrində multikulturalizm və miqrasiya problemləri, Azərbaycan – İsrail münasibətlərində qarşılıqlı uzlaşma, müsəlman xalqlarının mədəni irsinin qorunmasında UNESCO-nun rolu, müasir Azərbaycan və alman ədəbi dillərində nitq etiketlərinin müqayisəli təhlili mövzularında araşdırmalar yer alır.

Topluda ümumilikdə 10 məqalə təqdim edilib.

 

Əvvəlki Yazı

Mətin Məmmədli: Ulu Öndərin müstəqillik yolunda atdığı addımlardan biri də Azərbaycan Konstitusiyasının qəbul olunmasıdır

Növbəti Yazı

HƏMAS İsveçrə hakimiyyətini qadağan etmək qərarında qərəzli olmaqda ittiham edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.