May 16, 2025-2:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Muxtar Məmmədov: Azərbaycan-İsrail əməkdaşlığının gələcəyi çox ümidverici görünür

2025:05:01 - 14:18
in SİYASƏT
A A

Azərbaycan-İsrail əməkdaşlığının gələcəyi çox ümidverici görünür; bir sıra sahələrdə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensial var.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrailin “i24” telekanalına müsahibəsində deyib.

Səfir turizmi tərəfdaşlığın ən perspektivli sahələrindən biri, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində mühüm element kimi qeyd edib.

“İsrail vətəndaşlarının Azərbaycana marağı sürətlə artır. Məsələn, çox sayda israilli bu yaxınlarda Pesax bayramını Bakıda və ölkənin digər bölgələrində keçiriblər. Bu gün iki ölkə arasında intensiv aviaəlaqə yaradılıb. Azərbaycanın AZAL şirkəti Bakı ilə Təl-Əviv arasında həftədə 14 reys həyata keçirir, İsrail aviadaşıyıcıları da uçuşlar təşkil edir. Bu səfərlər sayəsində insanlar bir-birini daha yaxından tanıyırlar”, – o bildirib.

Diplomat Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas amillərdən biri Azərbaycan cəmiyyətində antisemitizmin olmamasıdır.

“Əsrlər boyu ölkədə fəal yəhudi icması fəaliyyət göstərir və bu gün onlar 16 mindən çox insanı birləşdirir. Azərbaycanda əsrlər boyu digər xalqlarla mehriban qonşuluq və birgəyaşayış ənənəsi formalaşıb. Bizdə başqalarına qarşı ksenofobiya və etnik nifrət yoxdur. Biz bunu Azərbaycan multikulturalizmi adlandırırıq. Ölkəmiz tarixən bir çox mədəniyyətlərin, dinlərin və etnosların kəsişmə nöqtəsi olub. Bütün bu təcrübə Azərbaycan xalqının başqalarını olduğu kimi qəbul etməsinə gətirib çıxarıb. Təbii ki, Azərbaycanda antisemitizm də yoxdur və biz fəxrlə deyirik ki, bu, heç vaxt olmayıb”, – diplomat fikrini izah edib.

M.Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan Vətən müharibəsi zamanı işğal olunmuş torpaqların azad edilməsi üçün İsrailin verdiyi dəstəyi heç vaxt unutmayacaq.

“Azərbaycan xalqı bu jesti xatırlayır. Müharibə zamanı ölkənin hər yerində çoxlu İsrail bayraqları görünürdü. İsrail bizə lazım olanda Azərbaycanın yanında idi”, – səfir fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

Növbəti Yazı

Cənubi Sudanda təhlükəsizlik missiyasında xidmət edən Azərbaycan zabiti təltif edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.