Hindistan terrorun kökü kəsilənə qədər onunla mübarizə aparacaq. Bunu respublikanın şimal-şərqindəki Assam ştatında çıxış edən ölkənin daxili işlər naziri Amit Şah deyib.
“Əgər kimsə qorxaqcasına hücum edərək bunun onlar üçün böyük qələbə olduğunu düşünürsə, o zaman bir şeyi anlayın: Narendra Modi hökuməti heç kimə aman verməyəcək. Biz terrorizmin kökünü kəsməkdə qərarlıyıq və bu məqsədə nail olunacaq”, – o deyib.
Nazirin sözlərinə görə, təkcə 1,4 milyard hindistanlı deyil, bütün dünya terrorizmlə mübarizədə Hindistanı dəstəkləyir. “Təsdiq etmək istəyirəm ki, terrorizmin kökü kəsilənə qədər bizim mübarizəmiz davam edəcək və onu törədənlər mütləq layiqli cəzalarını alacaqlar”, – deyə o, əmin edib. (Tass)
