İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın cənubuna endirdiyi zərbə nəticəsində azı 3 nəfər həlak olub. Bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat yayıb.
Onun sözlərinə görə, hücum Meis-əl-Cebel və Blida şəhərləri arasındakı magistral yolu ilə hərəkət edən pikap avtomobilinə edilib. “Raketin zərbəsi nəticəsində avtomobil yanıb və içərisində olan üç nəfər ölüb”, mətndə deyilir.
Janoubia xəbər portalının məlumatına görə , İsrailin pilotsuz təyyarəsinin hücumunun hədəfi Livanın şiə təşkilatı Hizbullahın fəalı olub və onunla birlikdə iki suriyalı həlak olub. (Tass)
