İsrail ordusu Livanın cənubundakı Meys əl-Cəbəl bölgəsinə iki zərbə endirərək, şiə Hizbullah təşkilatından iki silahlı radikalı məhv edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Meys əl-Cəbəl bölgəsində “Hizbullah Radvan” xüsusi təyinatlılarından olan bir terrorçunu vuraraq öldürüb”, – deyə məlumatda bildirilir.
“Bundan əlavə, cümə axşamı səhər saatlarında İsrail ordusu yəhudi dövləti ilə sərhəd bölgəsində fəaliyyət göstərən terror təşkilatı üçün kəşfiyyat məlumatları toplayan daha bir “Hizbullah” terrorçusunu Meys əl-Cəbəl bölgəsində məhv edib”, – mətbuat xidməti əlavə edib. (Tass)