İyun 24, 2025-12:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Nazir müavini: Milli mətbuatımız müasir çağırışlara cavab verərək, cəmiyyətin maarifləndirilməsində mühüm rol oynayır

2025:05:02 - 12:04
in SİYASƏT
A A

1875-ci ildə əsası qoyulan milli mətbuatımız bu gün müasir çağırışlara cavab verərək, cəmiyyətin maarifləndirilməsi və milli-mənəvi, bəşəri dəyərlərin qorunub saxlanması istiqamətində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “İctimai proseslər media müstəvisində” adlı forumda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan mühüm addımlar media məkanında tərəqqi və müasir tələblərə uyğunlaşma üçün münbit şərait yaradır. Bu yaxınlarda uğurla həyata keçirilmiş onlayn layihələr, internet sahəsində qazanılan nailiyyətlər informasiyaya əlçatanlığı əhəmiyyətli dərəcədə artırıb, ucqar bölgələrdə yaşayan vətəndaşların da müxtəlif mənbələrdən operativ məlumat əldə etmələrinə şərait yaradıb.

O vurğulayıb ki, rəqəmsal media ictimai nəzarət, şəffaflıq və sosial məsuliyyət funksiyalarını daha da gücləndirməklə yanaşı, alternativ informasiya mənbələrinin formalaşmasına və ictimaiyyətin məlumatlara çıxışının təmin edilməsinə töhfə verir. İnsanların gündəlik həyatında uğura, müsbət davranış modelinə və düzgün həyat tərzinə nail olmalarında media böyük rol oynayır. Media həm də cəmiyyətlə dövlət arasında körpü funksiyasını yerinə yetirərək, vətəndaşlarla sağlam dialoqun qurulmasında mühüm vasitədir.

Rəhman Hümmətov əlavə edib ki, media ilə səmərəli əməkdaşlıq, sağlam informasiya mühitinin formalaşdırılması bizim üçün strateji hədəf və əsas prioritetlərdəndir.

Əvvəlki Yazı

Azərbaycan və Nepal arasında Anlaşma Memorandumu imzalanması üçün hazırlıq işləri görülür

Növbəti Yazı

Azərbaycanda yaşıl enerjinin inkişafı: mövcud vəziyyət və perspektivlər – BDU-da ustad dərsi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.